Prezident İlham Əliyev: Gəncə şəhərinə diqqət həmişə yüksək səviyyədə olub
31.01.2022 [12:37]
Xəbərin mətni
Bu, mənim Gəncəyə Prezident kimi 18-ci səfərimdir. Elə illər olub ki, iki dəfə olmuşam. Həm ona görə ki, Gəncə Azərbaycanın ikinci şəhəridir və bu şəhərə daim diqqət həmişə yüksək səviyyədə olub. İkincisi, ona görə ki, bir çox layihələr Gəncə şəhərində icra edilib və bu layihələrin icrası davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Gəncə şəhərinə səfəri zamanı AZƏRTAC-a müsahibəsində bildirib.