CƏMİYYƏT


Tabutu qarşısında qurban kəsilən şəhid Tural İsayev

Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən çavuş Tural İsayev beş il idi müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmət aparırdı. Tural Füzuli döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Nəşi 124 gün sonra tapılan şəhidimizin anası onun tabutu qarşısında qurban kəsərək, oğlunu son mənzilə yola salıb. Tural İsayev ölümündən sonra 3 medalla təltif edilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tural Saləddin oğlu İsayev 1992-ci il aprelin 11-də Siyəzən rayonunun Yenikənd kəndində dünyaya göz açıb. Ailədə bir qardaş, bir bacı olublar.