Azərbaycan Dövlət İnformasiya Agentliyi

Narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib

31.01.2022 [12:59]

Xəbərin mətni

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb. Əməliyyat nəticəsində paytaxt sakinləri Rahim Abdullayev, Tamerlan Məmmədzadə, Cavanşir Dadaşov və Araz Hüseyov tutulublar. Onlardan ümumilikdə 2 kiloqrama yaxın heroin, metamfetamin və elektron tərəzilər aşkar edilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI