SİYASƏT


Azərbaycan Prezidenti: Biz müharibəni ləyaqətlə aparmışıq və düşmənə cavabı döyüş meydanında vermişik

Azərbaycan müharibəni ləyaqətlə aparıb, biz düşmənə cavabı döyüş meydanında vermişik.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Gəncə şəhərinə səfəri zamanı AZƏRTAC-a müsahibəsində Ermənistanın hərbi cinayətləri barədə danışarkən bildirib.
“Gəncə və digər şəhərlər - Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan bombalananda mən deyirdim ki, biz döyüş meydanında qisasımızı alacağıq. Biz ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir, siyasətimizin düzgünlüyünü göstərir”, - deyə dövlətimizin başçısı vurğulayıb.