CƏMİYYƏT


Nüvə texnologiyasının tətbiqi ilə yeni pambıq sortları yaradılır - Azərbaycanda yenilik

Yaxın 2-3 il ərzində Azərbaycanda xəstəliklərə, zərərvericilərə, şoranlığa və quraqlığa qarşı davamlı olan yeni pambıq sortları yaradılacaq. Bu, Kənd Təsərrüfatı Nazirliyi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) birgə həyata keçirdiyi layihə nəticəsində mümkün olacaq. Artıq layihənin birinci mərhələsi üzrə xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq xəttlərinin yaradılması uğurla başa çatıb.