Azərbaycan Prezidenti: Ermənistanın paytaxtında Qaregin Njdeyə qoyulan abidə faşizmin təbliğatıdır
31.01.2022 [14:41]
Xəbərin mətni
Qaregin Njdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır. Bu adam faşist və cəllad olub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Gəncəyə səfəri zamanı AZƏRTAC-a müsahibəsində erməni faşist Qaregin Njde haqqında filmin yayımının dayandırılmasına təsir edən amillərdən danışarkən söyləyib.