CƏMİYYƏT


“Dədə-baba sortlarından olan meyvə tinglərinə tələbat daha çoxdur” – təcrübəli bağban

Limon, narıngi, portağal, kinkan, kivi, feyxoa, armud, gilas... Saymaqla bitməyən bu tingləri Lənkəranın Sütəmurdov kənd sakini Şıxəli Kazımov yetişdirir. 75 illik ömrünün 50 ildən çoxunu bu işə həsr edən təcrübəli bağban indi də yorulmadan çalışır.
AZƏRTAC xəbər verir ki, qış fəsli olsa da, Şıxəli dayının bağçasında həmişə iş var. Palçığı ələyir, sonra da sitrus tinglərini polietilen qablara əkir.