CƏMİYYƏT


Nərimanov rayonunda klinikalardan oğurluq edən şəxs saxlanılıb

Nərimanov rayonunda yerləşən özəl tibb müəssisələrindən birindən oğurluq edilib. Həmin klinikada çalışan zərərçəkən otağında nəzarətsiz qalan çantasından 370 manat, qızıl-zinət əyaları, bank kartlar və sənədləri olan pul kisəsinin oğurlandığını bildirib. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törtməkdə şühəli bilinən əvvəllər məhkum edilmiş Kamran Quliyev saxlanılıb. O, ifadəsində etdiyi oğurluğu etiraf edibb. Ətrafında aparılan araşdrımalar zamanı Kamran Quliyevin ötən ilin avqust ayında daha bir özəl klinikada çalışan həkimin çantasından 600 manat oğurladığı sübuta yetirilib.