CƏMİYYƏT
Sərnişinlər Ağdam şəhərinin dağıntıları və tarixi abidələrlə tanış olublar
Yanvarın 31-də Bakı-Ağdam-Bakı marşrutu ilə hərəkət edən növbəti sərnişin avtobusu Ağdam şəhərinə gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avtobusda sərnişinlərə yolboyu bələdçi tərəfindən keçilən ərazilər barədə məlumat verilib. 40 sərnişinin olduğu avtobus saat 12 radələrində Ağdam şəhərinə daxil olub. Sərnişinlər İmarət kompleksi ilə tanış olub, Cümə məscidini və Şəhidlər xiyabanını ziyarət edib, Çörək muzeyinin və Dram Teatrının qalıqlarına baxıb, həmçinin Qiyaslı kənd məscidində və Şahbulaq qalasında da olublar. Səfər iştirakçılarına Ağdam şəhərinin hazırki vəziyyəti və burada həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib. Təhlükəsizliyin təmin olunması məqsədilə avtobusun hərəkəti polislər tərəfindən müşayiət edilib.