CƏMİYYƏT


Şuşa və Ağdam istiqamətlərində hərəkət edən sərnişin avtobusları üzrə təhlükəsizlik tədbirlərinə xüsusi önəm verilir

Yanvarın 24-dən etibarən istifadəyə verilən Bakı-Şuşa-Bakı, Bakı-Ağdam-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Bərdə-Ağdam-Bərdə istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları xüsusi təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı dan AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus reyslərinin açılması ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə təhlükəsizlik tədbirləri yerinə yetirilir.