CƏMİYYƏT
Salyanda balıq populyasiyasına ziyan vuran qanunsuz ov qurğuları zərərsizləşdirilib
01.02.2022 [11:17]
Salyan rayonu ərazisində yerləşən su hövzələrində brokonyerliyə qarşı mübarizə tədbirləri aparılıb. Balıq populyasiyasına ciddi təhlükə törədən qanunsuz ov qurğuları zərərsizləşdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, brokonyerliyə qarşı keçirilən mübarizə tədbirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Balıqçılar İttifaqının birgə təşəbbüsü ilə gerçəkləşib. Balıq populyasiyası nəzərə alınaraq mübarizə tədbiri əsasən su hövzələrinin Xəzər dənizinə birləşən hissəsində aparılıb. Baş Şirvan kollektorunun dənizə tökülən hissəsində aşkar edilən müxtəlif növ sintetik torlar və digər qanunsuz ov qurğuları sudan kənarlaşdırılıb və yandırma yolu ilə zərərsizləşdirilib.
09.10.2024 [10:04]
08.10.2024 [19:24]
08.10.2024 [18:45]
08.10.2024 [18:40]
09.10.2024 [14:08]
07.10.2024 [19:41]
07.10.2024 [16:29]
05.10.2024 [19:22]
04.10.2024 [13:24]
04.10.2024 [13:19]
26.09.2024 [23:51]
08.10.2024 [17:18]
07.10.2024 [19:33]
07.10.2024 [17:27]
07.10.2024 [17:10]
23.09.2024 [11:32]