MƏDƏNİYYƏT


Kələxana türbələri

XVII əsrə aid Azərbaycan memarlıq kompleksi. Şamaxı rayonunun Kələxana kəndindədir. 9 türbədən 8-i qalıb. Türbələrdən yalnız birinin giriş qapısının yuxarı hissəsində kitabə var. Kitabədəki yazıda abidənin 1663 ildə sərkar Әbdüləzim Әmirəli oğlu (Əbdüləzim Sərkar) tərəfindən İbrahim Әmirəhməd adlı şəxsin qəbri üzərində tikildiyi göstərilir. Kələxana türbələri planda səkkizbucaqlı olub piramida şəkilli günbəzlə örtülüb. Türbələrin hər biri baştağlı divarla əhatələnmiş dördbucaqlı həyətdə yerləşir. Bu, kompleksə özünəməxsus həcm- kompozisiya siması verir.