CƏMİYYƏT


“Mənəvi Dünya” İctimai Birliyi Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirib

Yanvarın 31-də “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyi 2 fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı bayram tədbiri keçirib.AZƏRTAC xəbər verir ki, tədbirdə İctimai Birliyin sədri Şahin Həsənli, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin deputatları Aqil Abbas, Kamran Bayramov, dövlət qurumlarının təmsilçiləri, QHT və ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və jurnalistlər iştirak ediblər.