CƏMİYYƏT


Kərkənc sakini: “Biz onlar kimi barbar deyilik” - Şamaxıda qorunan erməni qəbirləri

İşğaldan azad edilən elə yurd yerimiz yoxdur ki, orada erməni vəhşiliyinin izləri olmasın. Azərbaycanlıların evlərinin dağıdılması, tarixi abidələrin və məscidlərin yandırılması, qəbiristanlıqların yer üzündən silinməsi... Budur erməni barbarlığı, vandalizmi. Amma vaxtilə Azərbaycanda məskunlaşan ermənilərin qəbiristanlıqları bu gün də sağ-salamatdır, qorunur. Belə qəbiristanlıqlardan biri də Şamaxının Kərkənc kəndində yerləşir. Yerli sakinlər ermənilərə məxsus qəbirləri dağıtmayıb, əksinə bu günə qədər qoruyublar.