Çində ay təqvimi ilə yeni il başlayıb
01.02.2022 [16:54]
Xəbərin mətni
Şərq ölkələrinin ay təqvimi ilə bu gün - Milad təqvimi ilə fevralın 1-i Yeni ilin ilk günüdür.
AZƏRTAC xəbər verir ki, Yeni ilin başlaması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. Çində bu hadisə həm də yaz festivalı adlanır.
Çin zodiak sisteminə əsasən, bu il pələng ilidir. Çinlilərin ən əziz bayramı olan yaz festivalı bir çox ənənələri və ayinləri ilə də zəngindir. Bahar festivalı tarixi, mədəni irsi, həmçinin Çin sivilizasiyasının məğzini özündə ehtiva edir. İnsanlar yeni ilə bir neçə gün əvvəldən hazırlaşır, hədiyyələr alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar.