Azərbaycan Dövlət İnformasiya Agentliyi

Boliviyalılar gender zorakılığına qarşı etiraz yürüşü keçiriblər

02.02.2022 [14:13]

Boliviyanın paytaxtı La Pazda yüzlərlə insan qadınlara qarşı zorakılığa etiraz olaraq aksiya keçiriblər. Etiraz yürüşü 30 il həbs cəzası alan, lakin cəmi bir neçə il sonra tibbi səbəblərə görə sərbəst buraxılan serial təcavüzkarın işi ilə bağlı keçirilir. Keçən həftə evində basdırılmış iki qadının cəsədi tapıldıqdan sonra cinayətkar yenidən həbs edilib. Onu 2019-cu ildə azad edən hakim çıxardığı qərara görə həbs edilib.