CƏMİYYƏT


Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyası ilə Bioloji Müxtəlifliyin Qorunması Xidməti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Fevralın 2-də Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyası ilə Bioloji Müxtəlifliyin Qorunması Xidməti arasında ekoturizm, ov turizmi, ovçuluq fəaliyyətlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, Memorandumu Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının sədri Ramin Zamanov və Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev imzalayıblar.