Qubada festivalda innovativ məhsul və texnologiyalar nümayiş etdirilib
02.02.2022 [15:05]
Xəbərin mətni
Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ərazisində bu ilin ilk innovasiya festivalı təşkil olunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalda kənd təsərrüfatı məhsulları istehsalçıları üçün intensiv bağçılıq avadanlıqları, müasir texnologiyalar əsasında əldə olunan əkin materialları, suvarma sistemləri və alternativ enerji mənbələri ilə çalışan su nasosları, soyuducu kamera, zərərvericilərə qarşı mübarizə vasitələri, yem konteyneri, aqrodron, aqrorobot, həmçinin alternativ yem bitkiləri kimi çoxçeşidli innovativ məhsul və avadanlıqların təqdimatı olub.