AZƏRTAC-ın gənc əməkdaşlarının bir qrupu Azərbaycan Gəncləri Günü münasibətilə Şamaxı rayonuna səfər ediblər
02.02.2022 [17:26]
Xəbərin mətni
2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə AZƏRTAC-ın gənc əməkdaşlarının bir qrupu Şamaxı rayonuna səfər edib. Agentliyin həmkarlar ittifaqı komitəsinin dəstəyi ilə təşkil edilmiş ekskursiya zamanı gənclər rayon ərazisində yerləşən tarixi abidələr və “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin fəaliyyəti ilə tanış olublar.