Prezident İlham Əliyev: Ermənilər şüurlu şəkildə bizim təbiətimizə də qəsd ediblər
03.02.2022 [10:53]
Xəbərin mətni
Ermənilər şüurlu şəkildə bizim təbiətimizə də qəsd ediblər. İndi Tərtər çayının suyunun kəsilməsi öz yerində, bununla paralel olaraq digər transsərhəd çayları çirkləndiriblər. Zəngəzurda yerləşən mis-molibden kombinatları öz axıntılarını düz Oxçuçaya, Bəsitçaya, Araz çayına tökərək ekoloji fəlakət törədiblər.AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib.