CƏMİYYƏT


Gənc rəssam Füzulidən olan 78 Vətən müharibəsi şəhidinin portretini çəkib

Füzulidə “Zəfərimiz gəncliyimizin mənəvi zirvəsidir” adlı rəsm sərgisi açılıb. Sərgidə gənc rəssam Türkan Məmmədlinin əl işlərindən ibarət 82 əsəri nümayiş olunub ki, onlardan 78 ədədi Vətən müharibəsində Füzulidən olan şəhidlərin portretidir. Gənc rəssamın əl işləri içərisində general Polad Həşimov, Xudayar Yusifzadə, "Xarıbülbül", həmçinin Türkiyə və Azərbaycan prezidentlərinin portretləri də yer alıb.