Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölümcül virusdan bala fillərin həyatını xilas etmək üçün sınaqlara başlanılıb

04.02.2022 [11:43]

Çester Zooparkı fillərin həyatını xilas edə biləcək peyvəndin ilkin sınağına başlayıb. AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, sınaq uğurlu olarsa, peyvəndin bütün dünyaya yayılacağı gözlənilir. Qeyd edək ki, peyvənd fil endoteliotropik herpes virusu adlanan ümumi və çox təhlükəli virusdan qorumaq üçün nəzərdə tutulub.