Vətən müharibəsi qazisi sağlamlığa qovuşur
04.02.2022 [15:35]
2020-ci ilin sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Vətənin müdafiəsi uğrunda silaha sarılanlardan biri də Eyyub Tağıyev olub. Ağdərə, Goranboy və Murov istiqamətlərində döyüşən əsgər Eyyub Tağıyev oktyabrın 23-də Ağdərənin müdafiə xəttində yaralanıb. Odlu silahla yaralandığına görə bud-çanaq sümüyü sınıb və oturaq siniri zədələnib.Yaralandıqdan bir gün sonra əməliyyat olunan qazi 4 ay yataq xəstəsi olub. Oynağına mil qoyulduğuna görə hərəkəti məhdudlaşıb. Daha sonra yeriməyə başlayanda çətinlik çəkən qazi müxtəlif müalicələr alıb. Eyyub Tağıyev qeyd edir ki, o, bu ilin yanvar ayında ortoped-cərrah İlqar Qasımovun icra etdiyi əməliyyatdan sonra özünü daha yaxşı hiss edir.