DÜNYA


Nəsli tükənməkdə olan çiçək

Dünyada 28.000-dən çox səhləb növü vardır. Lakin bu bitkilər meşələrin qırılması və həddindən artıq istehlak səbəbindən nəsli kəsilməkdə olan növə çevrilirlər. AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, bu həftə sonu Böyük Britaniyanın məşhur bağçılıq ərazisində keçirilən festivalda bu gözəl növün kövrəkliyini, eləcə də onu daha yaxşı qorumaq üçün nələrin gərəkli olduğunu vurğulanıb. Sərgidə 5000-dən çox çiçək nümayiş olunub.