Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ukraynada Azərbaycanın ilk səfiri Yusif Vəzir Çəmənzəminlinin adı əbədiləşdirilib

05.02.2022 [11:35]

Xəbərin mətni

Ukraynada Azərbaycanın daha bir tanınmış simasının xatirəsi əbədiləşdirilib.
AZƏRTAC xəbər verir ki, Ukraynanın ən nüfuzlu təhsil ocağı olan Taras Şevçenko adına Kiyev Milli Universitetində Azərbaycan-Ukrayna diplomatik münasibətlərin bərpasının 30 illiyi münasibətilə 1918-ci ildə bu ölkədə ilk səfirimiz, tanınmış yazıçı Yusif Vəzir Çəmənzəminlinin adına böyük auditoriyanın və barelyefinin açılışı olub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI