Azərbaycan Dövlət İnformasiya Agentliyi

Malayziyanın Perak ştatı Azərbaycan ilə qarşılıqlı investisiyaların qoyulmasında maraqlıdır

05.02.2022 [12:16]

Xəbərin mətni

Malayziyanın Perak ştatı Azərbaycan ilə qarşılıqlı investisiyaların qoyulmasında maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudovun bu ölkənin Perak ştatının Baş naziri Saarani Mohammad ilə görüşündə səslənib.
Görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq məsələləri, o cümlədən investisiya imkanlarının öyrənilməsi istiqamətində fikir mübadiləsi aparılıb.