Azərbaycan Dövlət İnformasiya Agentliyi

NATO qoşunlarının gücləndirilməsi çərçivəsində ABŞ ordusunun ilk bölmələri Almaniyaya gəlib

05.02.2022 [14:12]

ABŞ-ın 2000 əsgərdən ibarət ilk qrupu Almaniyaya gəlib. ABŞ Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, ABŞ-ın 82-ci Hava Desant Diviziyasının bölmələrini daşıyan üç hərbi nəqliyyat təyyarəsi Almaniyanın Visbaden aviabazasına enib. Ukrayna ətrafında davam edən böhranla əlaqədar göndərilən bu hərbçilərin 1700-ü Polşaya yollanacaq, 300-ü isə Almaniyada qalacaq.