78 COVID testi pozitiv çıxan şəxs 14 aydır karantindədir
05.02.2022 [17:08]
78 COVID testi pozitiv çıxan şəxs 14 aydır karantindədir.Bu fakta Türkiyədə rastlanıb. Belə ki, İstanbul sakini Müzəffər Kayasan 14 aydır karantindədir. Onun indiyədək 78 koronavirus testinin cavabı müsbət olub. Şəhərin Sarıyer məhəlləsində yaşayan Müzəffər 2020-ci ilin noyabr ayında koronovirusa yoluxub. Xəstəxanada müalicə alan 56 yaşlı kişi evə buraxılsa da, testləri heç vaxt neqativ çıxmayıb. Qeyd edək ki, Kayasan leykoz xəstəsidir. O, üç il əvvəl sümük iliyi transplantasiyası əməliyyatı keçirib.