Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xilasedicilər 3 gündür quyuda qalan uşağı xilas etməyə çalışırlar

05.02.2022 [18:08]

Mərakeşin şimalında xilasedicilər sıxışaraq quyuda qalan beş yaşlı uşağın həyatını xilas etməyə çalışırlar.
Bu məqsədlə qazma işləri aparılır. AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, uşaq üç gündür 32 metrlik quyuya düşüb. Xilasedicilər oksigen borusu və su təchizatı üçün kəndirdən istifadə edirlər, lakin onlar azyaşlının sıxışıb qaldığı hissəyə hələ çata bilməyiblər.