İyul döyüşləri zamanı evləri dağılan bacılar dövlət tərəfindən yeni mənzillə təmin edilib
06.02.2022 [13:25]
Xəbərin mətni
2020-ci ilin İyul hadisələri zamanı erməni təxribatı nəticəsində Tovuzda düşmən iriçaplı silahlardan və ağır artilleriya qurğularından istifadə etməklə mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan vurmuşdu. Ölkə başçısının müvafiq sərəncamı ilə əhaliyə dəyən ziyanın aradan qaldırılması məqsədilə qısa müddətdə bərpa işlərinə başlanılmış və yeni evlər inşa edilmişdi. Düşmənin dağıtdığı evlərin yerində yenisi tikilmiş, bəzi evlər təmir edilmişdi. İyul hadisələri zamanı düşmən təxribatları nəticəsində ziyan dəyən evlərdən biri də Biranə və Roza Abdullayeva bacılarına məxsus ev idi.