İstanbulda yaşayış binasında partlayış baş verib
07.02.2022 [16:23]
Xəbərin mətni
İstanbulun Üsküdar rayonunda yaşayış binasında partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, Üsküdar valiliyinin hadisə ilə əlaqədar yaydığı açıqlamada partlayış nəticəsində ən azı dörd nəfərin xəsarət aldığı bildirilib.
Yaxınlıqdakı binaların sakinləri təhlükəsiz əraziyə təxliyə ediliblər.
Partlayışın qaz sızması səbəbindən baş verdiyi ehtimal olunur.