Braziliyada konqolu qaçqının qətlə yetirilməsi ilə bağlı etiraz aksiyası keçirilib
07.02.2022 [17:36]
Nümayişçilər Rio-de-Janeyro, Sao Paulo və Braziliyanın digər şəhərlərində 24 yaşlı konqolu qaçqının döyülərək öldürülməsinə etiraz etmək üçün küçələrə çıxıblar. Qeyd edək ki, Moise Kabagambenin üç nəfər tərəfindən qətlə yetirilməsi təhlükəsizlik kameraları vasitəsilə çəkilib və daha sonra polis tərəfindən ictimaləşdirilib.