Şəmkirdə fərdi yaşayış evində yanğın olub
07.02.2022 [18:54]
Yanğınsöndürənlərin səyi nəticəsində qısa zamanda yanğın söndürülərək daha geniş sahəyə yayılmasına, habelə bitişik evə keçməsinə imkan verilməyib.Yanğın nəticəsində ümumi sahəsi 120 kv.m. olan kürsülü, birmərtəbəli üçotaqlı evin 2 otağının, dam örtüyünün yanar konstruksiyaları 100 kv.m. sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi və bitişik digər ev yanğından mühafizə olunub.