Azərbaycan Dövlət İnformasiya Agentliyi

Madaqaskarda Batsirai siklonu nəticəsində yollar və şəhərlər dağılıb

08.02.2022 [11:28]

Batsirai siklonu 20 nəfərin ölümünə, 55 000 nəfərin didərgin düşməsinə və kənd təsərrüfatı sahələrinin məhv olmasına səbəb olub. Sakinlərin məlumatlarına görə Mananjari şəhəri tamamilə darmadağın olub. BMT humanitar böhranın daha da pisləşəcəyi barədə xəbərdarlıq edib.