Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kazanda ramen yemək yarışması keçirilib

08.02.2022 [12:42]

Ramen-əriştəli yapon şorbasıdır. Buğda əriştəsinin bir növü olan bu yemək yumurta, ət və bulyondan hazırlanır. Kazanda Asiya yeməkləri restoranında kimin bir kasa ramen əriştəsini daha tez yeyə biləcəyini görmək üçün müsabiqə keçirilib. Qalib yeməyi ən cəld bitirməklə bərabər həm də çəngəl və barmaqlarından istifadə etmədən şorbanı yeməlidir.