Prezident İlham Əliyev yenidən qurulan 330 kilovoltluq “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib
08.02.2022 [12:51]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib.AZƏRTAC xəbər verir ki, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.