Türkiyədə məktəb avtobusu ilə minik avtomobili toqquşub
08.02.2022 [13:23]
Tükiyənin İstanbul şəhərində qadın sürücünün idarə etdiyi avtomobil içərisində şagirdlərin olduğu məktəb mikroavtobusu ilə toqquşub. Avtobusda olan şagirdlər xəsarət almasa da, avtomobilin qadın sürücüsü yüngül xəsarətlərlə qəzadan xilas olub. Qəza anı təhlükəsizlik kamerasına əks olunub.