Hindistanda seçkilərlə bağlı bir namizədin təbliğat kampaniyası görənləri təəccübləndirib
08.02.2022 [18:03]
Hindistanın Pəncab əyalətində Şam Lal Qandi adlı namizəd 2022-ci ildə keçiriləcək Pəncab Qanunvericilik Assambleyasına seçkilər üçün maraqlı təbliğat kampaniyası aparır. Velosipedi ilə birlikdə köhnə televiziyanın çərçivəsini əlində tutaraq vətəndaşlara səslənib təbliğat aparan Şam Lal, ölkənin müstəqillik lideri Mahatma Qandinin fəlsəfəsinin davamçısı kimi yerli xalq tərəfindən Şam Lal Qandi kimi tanınır.