Vətən müharibəsi şəhidi Cabir Tarverdiyevin xatirəsi anılıb
09.02.2022 [17:18]
Xəbərin mətni
Vətən müharibəsi şəhidi Cabir Tarverdiyevin doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Cabir Tarverdiyevin anım günündə şəhidin ailəsi ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, Füzuli rayon Gənclər və İdman İdarəsinin kollektivi, döyüş yoldaşları, məktəb və bağça kollektivi, Birinci və İkinci Qarabağ müharibəsi qaziləri və Araz Dilağarda kənd sakinləri iştirak ediblər.