Neftçalala pambıqçılar bu il birinci olmağa iddialıdırlar
11.02.2022 [10:23]
Xəbərin mətni
Neftçala rayonunun pambıq sahələrində ötən ilin sonlarından başlayan şum işləri demək olar ki, yekunlaşmaq üzrədir. Bir neçə sahədə isə artıq lazer üsulu ilə torpağın malalanması işlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, ölkədə aqrar sektorun, xüsusilə pambıqçılığın dinamik inkişafı qarşıya qoyulan əsas məqsədlərdən biridir. Neftçala rayonunda da builki pambıq əkininə ciddi hazırlıq gedir.