Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib

12.02.2022 [09:39]

Xəbərin mətni

Tovuzda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistralının Tovuz rayonun Əyyublu kəndindən keçən hissəsində qeydə alınıb.AZƏRTAC xəbər verir ki, hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili "Shacman" markalı yük maşını ilə toqquşub. Qəza zamanı "VAZ-2107"nin sərnişini 58 yaşlı Hüseyn Məmmədov dünyasını dəyişib. Onun sıxılmış vəziyyətdə qalmış meyiti Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz rayon hissəsinin xüsusi xilasetmə briqadasının əməkdaşları tərəfindən deformasiyaya uğrayan avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI