Paytaxtda narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyatlar keçirilib
12.02.2022 [14:26]
Xəbərin mətni
Paytaxtın Nəsimi, Səbail, Binəqədi rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Nəticədə narkotik vasitələrin satışı ilə məşğul olan 4 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 4 kiloqramdan artıq müxtəklif xassəli narkoik vasitə və psixotrop maddə çıxarılıb.
Nəsimi Rayon Polis İdarəsi və 19-cu Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan Vəli Rüstəmov və Ağasəf Bəhmənov saxlanılıblar. Bu şəxslərdən 1 kiloqramdan artıq heroin, metamfetamin, tiryək və narkotiklərin satışında istifadə etdikləri elektron tərəzi aşkar olunub.