Çində sərnişinlə dolu avtobusda güclü partlayış olub
13.02.2022 [15:53]
Çinin Şenyan şəhərində ictimai nəqliyyat avtobusunun partlaması nəticəsində azı bir nəfər ölüb, 40-dan çox insan yaralanıb.Bu barədə şəhərin polis idarəsi məlumat yayıb.Hadisə şahidlərinin sözlərinə görə, hadisə zamanı avtobusda böyük səs-küy olub.Hadisə yerindən çəkilən kadrlardan da göründüyü kimi, partlayış nəticəsində avtobusun bütün şüşələri sınıb, şüşə parçaları bir neçə metr kənara səpələnib.Hələlik partlayışın nədən baş verdiyi məlum deyil.