Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəmkir rayonunda arvadı və qızını öldürən şəxslə bağlı cinayət işi başlanıb

13.02.2022 [16:48]

Xəbərin mətni

Fevralın 13-də Şəmkir rayonunun Çinarlı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elməddin Həsənovun 1995-ci il təvəllüdlü arvadı Lalə Həsənova və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovaya çoxsaylı bıçaq zərbələri vuraraq öldürməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şəmkir Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və cəsədlərə baxış keçirib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun qablaşdırılaraq götürülüb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI