DÜNYA


Turistlərin üz tutduğu məşhur Etna vulkanı yenidən püskürüb

İtaliyanın cənubunda yerləşən Etna vulkanı kül və lava püskürüb. Vulkanın kül sütunlarının hündürlüyü 10 km-ə çatıb. Etnada şiddətli vulkanik tufanlar nadir baş verir. Belə ki, püskürmə ən son 2013, 2015 və 2021-ci illərdə müşahidə edilib. Qeyd edək ki, sözügedən ərazi narıncı rəngli qeyri-adi lavanı görmək istəyən qonaqların üz tutduğu məşhur turizm məkanlarından biridir.