Sərdar Ünsal: Ən xırda yeraltı təkan belə “Metsamor”u dağıdıb regional fəlakət törədə bilər
14.02.2022 [16:26]
Xəbərin mətni
Anadoluda və Qafqazda seysmoloji gərginlik, “Metsamor” Atom Elektrik Stansiyasının yaratdığı regional təhlükə yuxumuzu ərşə çəkib. Bu stansiya saatlı bomba kimi bizi təqib edir. Beynəlxalq ictimaiyyət gecikmədən öz etiraz səsini ucaltmalı, “Metsamor”un bağlanması təmin edilməlidir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal bildirib.