Sibirdə maraqlı festival təşkil olunub
15.02.2022 [11:29]
Rusiyanın Sibir vilayətində “İqlo festivalı” keçirilib. İqlo - Eskimoslar və Aleut xalqlarının yaşadığı evlərdir. Komandalar qar bloklarından ən yaxşı strukturu qurmaq üçün yarışıblar. Ən yaşlı iştirakçının 72, ən gəncinin isə iki yaşı olan festivalda 120-dən çox iqlo evi tikilib.