Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyanın ən gözəl 9 səyahət qatarı

15.02.2022 [13:52]

AZƏRTAC “Euronews”a istinadla dünyanın ən fərqli və gözoxşayan doqquz səyahət qatarını sizlərə təqdim edir. İlk yerdə 291 kilometrlik İsveçrə Alpları boyunca hərəkət edən “Glacier Express”-i qərarlaşıb. Siyahının ikincisi Kanada yerləşən“White Pass” və “Yukon Route” dəmir yollarıdır. Bu marşurt xəttinin uzunluğu 177 kilometrdir. Üçüncü yerdə Norveçin Bergen və Oslo arasında 496 kilometrlik dəmir yolu olan məşhur “Bergen Line” qərarlaşıb. Siyahıda sıra ilə -“West Coast Wilderness” (Tasmaniya), “Kandy- Ella” (Şri-Lanka), “TransAlp” (Yeni Zelandiya),“Hiram Bingham” (Peru), “Douro Line” (Pireney yarmadası) dəmir yollarıdır. Doqquzuncu yerdə isə Şotlandiyanın məşhur “Royal Scotsman” qatarıdır.