Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağcabədidə Milli Qəhrəman Namiq Abdullayevin xatirəsi anılıb

15.02.2022 [18:16]

Xəbərin mətni

Azərbaycanın Milli Qəhrəmanı şəhid Namiq Abdullayevin xatirəsi igid döyüşçünün adını daşıyan Ağcabədi rayonunun Avşar kənd tam orta məktəbində anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin ailə üzvlərinin, Qarabağ müharibəsi veteranlarının, rayon ictimaiyyətinin nümayəndələrinin və kənd sakinlərinin iştirak etdiyi tədbir respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin yad edilməsi ilə başlayıb. Tədbir iştirakçıları Milli Qəhrəmanın büstü önünə tər qərənfillər düzüblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI