Yeni Taybey şəhərinin gecəsini işıqlandıran “Fənər festivalı”
16.02.2022 [11:51]
“Fənər festivalı”- Ay Yeni ilinin ilk 15 günündə qeyd olunan ənənəvi festivaldır. Tayvanın şimalında yerləşən Yeni Taybey şəhərində yüzlərlə insan bunu qeyd etmək üçün toplaşıb. AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, festival iştirakçıları xoş diləkləri söyləyərək səmaya fənər balonları uçurublar.